Bu gün çempionlar Liqasının 1/8 final mərhələsində daha iki cavab oyunu keçirilib. Matc.az xəbər verir ki, Madrid "Real"ı öz meydanında "Atalanta"nı qəbul edib. İspanlar fevralın 24-də keçirilmiş ilk qarşılaşmada 1:0 hesablı qələbəyə sevinmişdilər. Cavab görüşündə daha inamlı qələbə qazanan "Real" sürprizə imkan verməyib və növbəti mərhələyə yüksəlib.

"Mançester Siti" pandemiya səbəbindən Almaniyanın "Borussiya" (Mönhenqladbax) klubunu Macarıstanda qəbul edib. Qarşılaşma Budapeştdəki "Puşkaş Arena"da baş tutub. Bu stadiondakı ilk görüşdə 2:0 hesablı qələbə qazanan "şəhərlilər" növbəti mərhələyə adlamaq üçün böyük üstünlüyə malik idi. Cavab görüşündə də iki cavabsız qola sevinən ingilislər 1/4 finala vəsiqə qazanıblar. 

çempionlar Liqası
1/8 final, cavab oyunları

"Real" (Madrid, İspaniya) – "Atalanta" (İtaliya) - 3:1
Qol: Benzema, 34. S.Ramos, 60-pen. Asensio, 85 - Muriel, 83.
Madrid, "Alfdredo di Stefano" stadionu. Baş hakim: Danni Makkeli (Niderland)

İlk oyun - 1:0


"Mançester Siti" (İngiltərə) – "Borussiya" (Mönhenqladbax, Almaniya) - 2:0
Qol: De Breyne, 12. İ.Gündoğan, 18.
Budapeşt, "Puşkaş Arena". Baş hakim: Sergey Karasyev (Rusiya)
İlk oyun - 2:0


Qeyd edək ki, 1/8 final mərhələsinə martın 18-də keçiriləcək "çelsi" (İngiltərə) - "Atletiko" (İspaniya) və "Bavariya" (Almaniya) - "Latsio" (İtaliya) matçları ilə yekun vurulacaq. Daha əvvəl Almaniyanın "Borussiya" (Dortmund), Portuqaliyanın "Portu", İngiltərənin "Liverpul" və Fransanın PSJ klubları 1/4 finala vəsiqə qazanıblar.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest