Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
Matc.az xəbər verir ki, son iki cavab oyunundan biri İngiltərədə, digəri Almaniyada baş tutub.
"çelsi" Madrid "Atletiko"sunu qəbul edib. İlk görüşdə 1:0 hesablı qələbə qazanan London təmsilçisi bu üstünlüyünü qorumağı bacarıb. Doğma meydanda da qalib gələn İngiltərə təmsilçisi 1/4 finala yüksəlib.
Digər qarşılaşma "Bavariya" ilə "Latsio" arasında baş tutub. Romada rəqibini 4:1 hesabı ilə üstələyən Münhen təmsilçisinin 1/4 finala yüksələcəyi demək olar ki, şübhə doğurmurdu. Cavab görüşündən də qalib ayrılan Almaniya klubu növbəti mərhələyə vəsiqəni təmin edib.
Qeyd edək ki, daha əvvəl "Borussiya" (Dortmund, Almaniya), "Portu" (Portuqaliya), "Liverpul", "Mançester Siti" (İngiltərə), "Real" (İspaniya) və PSJ (Fransa) klubları 1/4 finala vəsiqəni təmin etmişdi.
UEFA çempionlar Liqası
1/8 finalın cavab oyunları
17 mart
"çelsi" (İngiltərə) – "Altetiko" (İspaniya) 2:0
Qol: Ziyex, 34. Emerson, 90+4.
İlk oyun – 1:0.
"Bavariya" (Almaniya) – "Latsio" (İtaliya) 2:1
Qol: Levandovski, 33-pen. Şupo-Motinq, 73 – Parolo, 82.