Futbol üzrə UEFA çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində baş tutan İtaliyanın "Atalanta" klubu ilə oyun Madrid "Real"ının yarımmüdafiəçisi Toni Kroos üçün əlamətdar olub.
 
Matc.az xəbər verir ki, alman futbolçu komandasının 3:1 hesablı qələbəyə sevindiyi görüşdə meydana çıxmaqla çL-də 100-cü matçını keçirib.
 
31 yaşlı yarımmüdafiəçi bununla qitənin ən nüfuzlu klub turnirində 100 və daha çox oyun keçirən 4-cü alman futbolçu olub.
 
Qeyd edək ki, UEFA çempionlar Liqasında ən çox oyun keçirən alman futbolçu Manuel Noyerdir. "Bavariya"da çıxış edən qapıçı turnirdə 117 çL matçına çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest