18 Mart 2021, 11:55
ÇEMPİONLAR LİQASI
Buna Edin Terziç ("Borussiya", Dortmund, Almaniya), Yurgen Klopp ("Liverpul", İngiltərə), Tomas Tuxel ("Çelsi", İngiltərə) və Hansi Flik ("Bavariya", Almaniya) nail olub. Almaniyadan olan mütəxəssislər bu göstərici ilə yeni rekord müəyyənləşdiriblər. Daha öncə heç bir ölkədən 4 məşqçi eyni vaxtda 1/4 finalda mübarizə aparmaq şansı qazanmamışdı.
Futbol üzrə UEFA çempionların Liqasında yeni rekord qeydə alınıb.
Matc.az xəbər verir ki, qitənin ən nüfuzlu klub turnirində ilk dəfə bir ölkəni təmsil edən 4 məşqçinin çalışdırdığı kollektivlər 1/4 finalda oynamaq hüququ qazanıblar.
Buna Edin Terziç ("Borussiya", Dortmund, Almaniya), Yurgen Klopp ("Liverpul", İngiltərə), Tomas Tuxel ("çelsi", İngiltərə) və Hansi Flik ("Bavariya", Almaniya) nail olub. Almaniyadan olan mütəxəssislər bu göstərici ilə yeni rekord müəyyənləşdiriblər. Daha öncə heç bir ölkədən 4 məşqçi eyni vaxtda 1/4 finalda mübarizə aparmaq şansı qazanmamışdı.
Qeyd edək ki, bu dörd komandadan başqa PSJ (Fransa), "Portu" (Portuqaliya), "Mançester Siti" (İngiltərə) və "Real" (İspaniya) da UEFA çempionlar Liqasının 1/4 finalına vəsiqə qazanıb.
1/4 finalın və yarımfinalın püşkatma mərasimi martın 19-da İsveçrənin Nyon şəhərində təşkil olunacaq.