UEFA bu il İstanbulda keçiriləcək çempionlar Liqasının final matçında azarkeşlərin iştirak etməsini istəyir.
 
Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Xəbərdə, final matçında məhdud sayda azarkeşin yer alacağı bildirilib.
 
çempionlar Liqasında sabah 1/4 final mərhələsinin püşkü atılacaq. Turnirdə İngiltərədən "çelsi", "Liverpul", "Mançester Siti", Almaniyadan "Bavariya", "Borussiya" (Dortmund), Fransadan PSJ, İspaniyadan "Real" mübarizə aparır. çL-də bu mövsümkü oyunlar azarkeşsiz keçirilib.
 
çempionlar Liqasının final matçı mayın 29-da, Türkiyənin İstanbul şəhərində keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest