"Barselona"nın hücumçusu Robert Levandovski La Liqanın 32-ci turunda "Selta" ilə oyunda (4:3) zədələnərək əvəzlənib.

Matc.az xəbər verir ki, bu barədə məluatı AS paylaşıb.

36 yaşlı futbolçunun qarşıdakı oyunlarda iştirak edə bilməsi sual altındadır. Levandovskidə arxa bud əzələ yırtığı zədəsi olduğu ehtimal edilir. Bu halda onun sağalması üçün ən azı 3 həftə lazım ola bilər. Bu isə o deməkdir ki, o, aprelin 26-da "Real" ilə keçiriləcək Kral Kuboku finalını buraxacaq.

Həmçinin, bu variantla Robertin Çempionlar Liqasının yarımfinal mərhələsinin "İnter"lə (30 aprel və 6 may) matçlarında iştirak etmə ehtimalı da azdır.

Qeyd edək ki, İspaniya La Liqasının cari mövsümündə 36 yaşlı Robert Levandovski 31 oyun keçirib, 25 qol vurub və 2 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest