Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, yığmamız Dç-2022-nin seçmə mərhələsi çərçivəsində Portuqaliya ilə görüşüb.
 
Portuqaliya yığması koronavirus pandemiyasından irəli gələn məhdudiyyətlərlə əlaqədar, millimizi doğma meydanda qəbul edə bilməyib. Fernando Santosun çalışdırdığı komanda Azərbaycan millisini İtaliyanın Turin şəhərindəki "Yuventus" stadionunda sınağa çəkib.
 
Qarşılaşmanın favoriti heyətində Kristiano Ronaldo kimi dünya ulduzunun yer aldığı Portuqaliya yığması idi. Lakin Canni De Byazinin çalışdırdığı kollektiv bu görüşdə sürprizə imza atmaq arzusundaydı. Komandamızın bu istəyi baş tutmayıb. Portuqallar bu oyunda minimal hesabla üstün olublar.
 
Dç-2022-nin seçmə mərhələsi
A qrupu
24 mart
 
Portuqaliya - Azərbaycan 1:0
Qol: M.Medvedev, 37-öz qapısına.
Turin. "Yuventus" stadionu. 
Hakimlər: Daniel Zibert, Yan Zaydel, Rafael Foltin, Saşa Stegemann
(Hamısı Almaniya).
 
Portuqaliya: 12. Entoni Lopes, 3. Dominqos Duarte, 4. Ruben Dias, 5. Nuno Mendes, 7. Kristiano Ronaldo (k), 8. Joau Moutinyo, 9. Andre Silva, 10. Bernardu Silva, 20. Joau Kanselo.
Ehtiyat oyunçular: 1. Joze Sa, 22. Rui Silva, 2. Luis Neto, 6. Joze Fonte, 11. Bruno Fernandes, 13. Joao Palinya, 14. Serjio Oliveyra, 14. Rafa Silva, 16. Renato Sançes, 17. Dioqo Jota, 21. Sedrik, 23. Joau Feliks.
Baş məşqçi: Fernando Santos.
 
Azərbaycan: 12. Şahruddin Məhəmmədliyev, 3. Azər Salahlı, 5. Maksim Medvedev, 6. Vüqar Mustafayev, 8. Emin Mahmudov, 9. Əli Qurbani, 10. Mahir Emreli, 13. Abbas Hüseynov, 14. Elvin Bədəlov, 15. Bədavi Hüseynov, 18. Anton Krivotsyuk.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 23. Mehdi Cənnətov, 2. Sertan Taşqın, 4. Bəhlul Mustafazadə, 7. Anatoli Nuriyev, 11. Ramil Şeydayev, 17. Aleksey İsayev, 17. Elvin Cəfərquliyev, 19. Təmkin Xəlilzadə, 20. İsmayıl İbrahimli, 21. Namiq Ələsgərov, 22. Amil Yunanov.
Baş məşqçi: Canni De Byazi.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest