Portuqaliya yığmasının hücumçusu Kriştiano Ronaldo Dç-2022-nin seçmə mərhələsində Serbiya ilə oyundakı (2:2) qalmaqalla bağlı fikirlərini bölüşüb. Matc.az xəbər verir ki,  futbolçu bu barədə fikirlərini instaqram sosial şəbəkəsindəki hesabında paylaşıb:
 
"Portuqaliya yığmasının kapitanı olmaq həyatımda ən böyük qürurlardan və imtiyazlardan biridir. Mən həmişə ölkəm üçün hər şeyi verirəm və bu heç vaxt dəyişməyəcək. Amma xüsusən biz bütün xalqın əzab çəkdiyini hiss etdikdə çətin vaxtlar olur. Başınızı qaldırın və bu dəqiqə növbəti çağırışı qəbul edin! Gəl Portuqaliya!".
 
Qeyd edək ki, Ronaldo Serbiya ilə oyunun sonunda kapitan sarğısını yerə tullayıb. O, matçın son saniyələrində vurduğu qolun sayılmamasına etiraz əlaməti kimi bu addımı atıb.  Kriştianonun zərbəsindən sonra serbiyalı müdafiəçi Stefan Mitroviç topu qapıdan çıxarıb. Portuqaliyalı futbolçular topun qapı xəttini keçdiklərini bildirsələr də, niderlandlı baş hakim Denni Makkeli "davam" qərarı verib.
 
Referinin qərarından qəzəblənən Ronaldo önündə sarı vərəqə görüb. Bundan sonra ulduz futbolçu kapitan sarğısını yerə çırpıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest