Bu gün Dç-2022-nin Avropa zonası üzrə seçmə mərhələsində 3-cü tura start verilib. Matc.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub.

Azərbaycan milli komandasının Serbiyanı qəbul etdiyi və məğlubiyyətə üzüldüyü gündə A qrupunun favoriti Portuqaliya da səfərdə Lüksemburqla münasibətlərinə aydınlıq gətirib. Qonaqlar bu görüşdə əzmkar qələbəyə seviniblər.

E qrupunda lider çexiya səfərdə Uelslə qarşılaşıb və minimal hesabla uduzub. Qrupun digər favoriti Belçika yığması isə Belarusu sınağa çəkib və rəqibini 8 cavabsız qolla yenib.

G qrupunda yer alan və ilk iki turda maksimum nəticə göstərən Türkiyə millisi bu dəfə Latviya ilə qarşılaşıb. Qardaş ölkə təmsilçisi 3 qol vurduğu bu oyundan xal itkisi ilə ayrılıb. Niderland yığması Cəbəllütariqin qonağı olub və 7 cavabsız qola sevinib. Norveç seçməsi də Monteneqroya səfərdə qalib gəlib.

Rusiya yğması bu dəfə Slovakiyanı sınağa çəkib və məğlubiyyətlə üzləşib. Xorvatiyanın Maltanı qəbul etdiyi və darmadağına sevindiyi gündə H qrupunun daha bir matçı Kipr və Sloveniya yığmaları arasında baş tutub. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Dç-2022-nin seçmə mərhələsi
30 mart

A qrupu

Azərbaycan – Serbiya 1:2
Qol: E.Mahmudov, 59-pen – A.Mitroviç, 16; 81

Lüksemburq – Portuqaliya 1:3
Qol: J.Rodriqes, 30 – Jota, 45+2. Ronaldo, 51. Palinya, 80.

Serbiya – 7, Portuqaliya – 7, Lüksemburq – 3, Azərbaycan – 0, İrlandiya – 0.

E qrupu

Belçika – Belarus 8:0
Qol: Batşuayi, 14. Vanaken, 17; 89. Trossard, 38; 76. Doku, 42. Praet, 49. Benteke, 70.

Uels – çexiya 1:0
Qol: D.Ceyms, 82.

Belçika – 7, çexiya – 4, Belarus – 3, Uels – 3, Estoniya – 0.

G qrupu

Cəbəllütariq – Niderland 0:7
Qol: Berqeys, 42. De Yonq, 55. Depay, 61; 89. Veynaldum, 62. Malen, 64. Van de Beek, 85.

Monteneqro – Norveç 0:1
Qol: Sörlot, 35.

Türkiyə – Latviya 3:3
Qol: K.Karaman, 2. H.çalhanoğlu, 33. B.Yılmaz, 52-pen – Savalnieks, 35. Uldrikis, 58. İkanueks, 79.

Türkiyə – 7, Monteneqro – 6, Niderland – 6, Norveç – 6, Latviya – 1, Cəbəllütariq – 0.

H qrupu

Kipr – Sloveniya 1:0
Qol: Pittas, 42.

Slovakiya – Rusiya 2:1
Qol: Şkrinyar, 38. Mak, 74 – M.Fernandes, 71.

Xorvatiya – Malta 3:0
Qol: Perişiç, 62. Modriç, 76-pen. Brekalo, 90.

Rusiya – 6, Xorvatiya – 6, Slovakiya – 5, Kipr – 4, Sloveniya – 3, Malta – 1.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest