"Azərbaycan yığmasında vaxtilə Serbiyanı yıxan Qurban Qurbanov kimi ulduz futbolçusu olmasa belə, əsas üstünlükləri oyundakı əzm və intizamdı. Ən güclü "kozır"ları isə Canni de Byazidir"

 "Bizim yığmadan fərqli, Azərbaycan Debretsen şəhərində Qətərlə yoldaşlıq oyunu keçirdi. Baş məşqçi Canni de Byazi həmin görüşdə fərqli heyətə şans verdiyindən, 1:2 hesablı məğlubiyyət bizi aldatmamalıdı". Matc.az xəbər verir ki, bu fikirləri Serbiyanın "danas" nəşri yazıb.   

Serbiya yığması bu gün Dç-2022-nin seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşacaq. Bu oyundan bəhs edən "danas" yazır ki, Azərbaycan yığması xal qazanmaq üçün əlindən gələni edəcək: "Komandamıza xüsusi təzyiq göstəriləcək, çünki əvvəlki yeddi oyunda qələbə qazana bilməyiblər. Bu həm də o deməkdi ki, Byazi risk etmək məcburiyyətində qalacaq, çünki əks halda, italıyalının mövqeyi şübhə altına alına bilər".

Həmkarlarımızın fikrincə, Azərbaycan yığmasında vaxtilə Serbiyanı yıxan Qurban Qurbanov kimi ulduz futbolçusu olmasa belə, əsas üstünlükləri oyundakı əzm və intizamdı: "Ən güclü "kozır"ları isə Canni de Byazidir. Biz onu Albaniya yığmasına rəhbərlik etdiyi vaxtdan yaxşı tanıyırıq. Azərbaycan millisi müdafiəyə çəkilib, əks-hücum taktikası seçəcək.  Bizim üçün ən böyük təhlükə, böyük ehtimalla "Sumqayıt"ın hücumçusu Əli Qurbani olacaq. Ən böyük maneə isə uzun müddətdir klubunda qol buraxmayan "Qarabağ"ın qapıçısı Sahrudin Məhəmmədəliyev olacaq".

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest