30 Mart 2021, 09:50
DÇ-2026
"Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadı. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər"
"Bu komandanın Azərbaycanla oxşarlığı yoxdu. Lüksemburq bizimlə qarşılıqlı mübarizə aparacaq. Yaxşı müdafiə olunmağa çalışacaq və keyfiyyətli hücumlar quracaqlar". Matc.az xəbər verir ki, bunu Portuqaliya yığmasının baş məşqçisi Fernandu Santuş Lüksemburqa qarşı keçirəcəkləri Dç-2022-nin seçmə oyunundan əvvəl mətbuat konfransında deyib.
67 yaşlı mütəxəssis bildirib ki, rəqibi Azərbaycan seçməsi kimi müdafiədən çıxmağa qoymamalıdırlar: "Lüksemburq böyük potensiala malik yaxşı təşkilatlanmış komandadı. Bu, müdafiə oyunu sərgiləyən kollektiv deyil. Son illər ən dinamik inkişaf edən yığmalardan olduqlarını İrlandiyanı 1:0 hesabı ilə yendikləri görüşdə göstərdilər. Bu oyunun çətinliklərini bilirik, ancaq qələbə qazanmağa hazırıq".
Qeyd edək ki, bu gün keçiriləcək Lüksemburq - Portuqaliya matçı Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. A qrupunun digər oyunun Azərbaycan Serbiyanı qəbul edəcək. Həmin görüşə saat 20:00-da start veriləcək.