"Neftçi" klubunun sabiq qapıçısı və Azərbaycan millisinin keçmiş baş məşqçisi Robert Prosineçkinin köməkçisi Boban Baykoviç "Blic" nəşrinin suallarını cavablandırıb. Matc.az həmin müsahibəni təqdim edir.
 
- 2003-cü ildə Azərbaycan millisi Serbiya və Monteneqro ilə səfər oyununda 2:2 hesablı heç-heçəyə, evdə isə 2:1 hesablı qələbəyə nail olmuşdu. Həmin komanda ilə indiki arasında nə qədər fərq var?
- Həmin Azərbaycan yığması ilə indiki arasında yerlə göy qədər fərq var. Həmin vaxt Azərbaycan yalnız yolun başlanğıcında idi. Belə demək mümkünsə, futbolu yenicə öyrənməyə başlayırdılar. Sonra onlar bizi iflas vəziyyətinə gətirdilər. Hərçənd xoşagəlməz komandamız var idi. Amma futbolda belə hallar olur. ümidvaram ki, bir daha təkrarlanmayacaq.
 
- Demək olarmı ki, biz Azərbaycan futbolunun inkişafına kömək etdik?
- Zarafat da olsa, bəli. Lakin onlar futbola çox vəsait sərf edirlər. Bilirəm ki, həmin vaxt futbolçularımızı ot örtüyü narahat edirdi. Amma indi onların bütün futbol meydanları xalça kimidir. Maliyyə problemləri yoxdur, əcnəbi futbolçular Azərbaycana yollanmağa tələsirlər. üstəlik Avropada böyük təcrübəyə malik "Qarabağ" komandası var. Qurban Qurbanov uzun müddətdir bu komandanın baş məşqçisidir. Azərbaycanda onu milli komanda və ölkə futbolu üçün etdiyi hər şeyə görə yüksək qiymətləndirirlər.
 
- Eyni sözləri 2014 - 2017-ci illərdə Azərbaycan millisinin baş məşqçi olmuş Robert Prosineçki barədə də demək olarmı?
- Bu, Robinin komandasıdır. Fikrimcə, o hazırda üzdə olan futbolçuların 80 faizini yığmaya o gətirib və hamısını öyrədib. Prosineçki mənə Azərbaycanda futbolun necə sevildiyini və futbolçuların yığmada milyon faiz qüvvə ilə çıxış etdiklərini deyirdi. Onlar fanatikdirlər. Dövlət səviyyəsində futbola diqqət göstərilir. Buna görə də bizim üçün çətin olacaq. Xatırlayıram ki, onlar Norveçi 1:0 hesabı ilə yenərək, çexiya və Xorvatiya ilə heç-heçə etdilər. Bütün bunlara Prosineçki nail oldu.
 
- Belə təəssürat yaranır ki, Azərbaycan bütün oyunlarını 0:0 hesablı heç-heçə bitirir...
- İlk dəqiqələrdən bir xal üçün oynayırlar. Onlar nəyə qadir olduqlarını və nəyi bacardıqlarını bilirlər. Azərbaycan çox çətin rəqibdir. Bu komanda ilə üz-üzə gələndə qarşısınıza konkret məqsəd qoya bilmərsiniz. Portuqaliya ilə oyunun necə alındığını gördünüzmü? Yalnız 1:0! Təqribən 10 il əvvələdək Portuqaliya Azərbaycana 7-8 top fərqi ilə qalib gələrdi. Onlar intizamlıdırlar. Baş məşqçini dinləyirlər və inprovizə etmirlər. Məni yalnış başa düşməyin. Biz olduqca yaxşı komandayıq. Amma bu Bakıda oynadıqda az əhəmiyyət kəsb edir. Lüksemburqun Dublində İrlandiyaya qalib gəldiyini gördünüz. Yəni, bizim qrupda hər şey mümkündür. Azərbaycanda 3 xal qazanmasaq, Qətərdəki dünya çempionatına dərhal yollana bilmərik.
 
- Serbiya millisinin baş məşqçisi Draqan Stoykoviçə nəyi məsləhət görərdiniz?
- Piksinin Serbiya yığmasındakı işi xoşuma gəlir. O, komandanı gəncləşdirib. Heyətdə xeyli dəyişiklik edib. Fikrəmcə, hər şey yaxşıdır. Stoykoviç özü futbolçu olub və oyunçular bunu hiss edirlər. O, kollektivdə münasibətləri qaydasına salmağa müvəffəq olub. İndi biz yalnız daha yaxşı oynaya bilərik. Azərbaycanla oyuna gəldikdə əsas məsələ hesabı ilk 15 dəqiqə ərzində açmaqdır. Bunu edə bilsək, 3:0 və ya 4:0 hesabı ilə qalib gələcəyik. Oyunçular öz hisslərinə qapılmamalıdırlar. Xoşbəxtlikdən yaxşı futbolçularımız var və inamlı qələbə qazanacağımıza ümidvaram. Bilirsiniz, Azərbaycan yığması üçün qol vurmaq çətindir. Lakin, Allah eləməsin, onlar 1:0 hesabı ilə önə çıxsalar, hər şey ola bilər. Buna görə də, rəqibi qiymətləndirməmək olmaz. çünki "xırda oyunlar"da qələbə qazanmadan dünya çempionatına yollanmaq olmaz. (report.az)
 
- Azərbaycandan Prosineçkiyə zəng edərək Serbiya ilə oyunla bağlı məsəhət alacaqlarını gözləyirsiniz?
- Onu tapa bilsələr, əlbəttə. Bu zarafatdır. Fikrimcə, onlar Prosineçki ilə əlaqə saxlamağa çalışırlar. Biz Robi ilə Türkiyə "Denizlispor"undakı birgə işimizi başa vurduqdan sonra yeni təklif gözləyirik. Məşqçi işi belədir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest