Futbol üzrə UEFA çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində keçiriləcək "Portu" – "çelsi" matçının yeri dəyişdirilib.
 
Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Xəbərdə Portuqaliya və İngiltərə klubları arasındakı matçın İspaniyada baş tutacağı diqqətə çatdırılıb. Maraqlıdır ki, bu komandalar arasındakı cavab qarşılaşması – yəni "çelsi" – "Portu" görüşünə də İspaniya evsahibliyi edəcək. Qarşılaşmalar koronavirus pandemiyası səbəbindən Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda keçiriləcək.
 
Qeyd edək ki, ilk oyun aprelin 7-də, cavab qarşılaşması isə aprelin 13-də gerçəkləşəcək. Hər iki matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest