İspaniyanın Bilbao şəhəri Aç-2020-yə ev sahibliyi etməyəcək.
 
Matc.az xəbər verir ki, bu barədə "Frans-Press" agentliyi məlumat yayıb.
 
UEFA Bilbaonu Avropa çempionatına ev sahibliyi edəcək şəhərlər siyahısından birtərəfli qaydada çıxarıb.
 
UEFA turnirə ev sahibliyi edəcək şəhərlərlə bağlı son qərarını cümə günü – aprelin 23-də verəcək.
 
Koronavirus pandemiyasına görə təxirə salınmış Aç-2020-yə Bakı (Azərbaycan), Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Dublin (İrlandiya), Kopenhagen (Danimarka), Bilbao (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan) və Amsterdam (Niderland) şəhərləri ev sahibliyi etməlidir. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək.
 
Daha əvvəl Bakı (Azərbaycan), Roma (İtaliya), Sankt-Peterburq (Rusiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka) və Qlazqo (Şotlandiya) UEFA-ya azarkeşlərlə bağlı təminat verib.
 
Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək. 4 oyunun hər birində ümumi tamaşaçı tutumunun 50 faizi qədər azarkeş iştirak edə biləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest