Bu gün UEFA çempionlar Liqasında yarımfinal mərhələsinə start verilib. Matc.az xəbər verir ki, günün yeganə oyunu İspaniyada baş tutub.

Paytaxt Madriddə "Real" İngiltərənin "çelsi" klubu ilə üz-üzə gəlib. "Alfredo Di Stefano" stadionunda baş tutan qarşılaşmanı niderlandlı hakimlər briqadası idarə edib. Oyunda hesabı qonaqlar açsa da, meydan sahibləri bərabərlik qolunu vurmağı bacarıblar. İlk oyun heç-heçə yekunlaşıb.
 
Yarımfinalın digər oyunu sabah keçiriləcək. Fransada baş tutacaq görüşdə PSJ "Mançester Siti"ni (İngiltərə) qəbul edəcək.
 
çempionlar Liqası
Yarımfinal, ilk oyun
 
23:00. "Real" (İspaniya) – "çelsi" (İngiltərə) 1:1
Qol: 
Benzema, 29 – Pulişiç, 14.
"Alfredo Di Stefano". Baş hakim: Danni Makkelli (Niderland)
 
Real: Tibo Kurtua, Rafael Varan, Eder Militao, Naço, Daniel Karvahal, Marselo, Toni Kroos, Kazemiro, Luka Modriç, Kərim Benzema, Vinisius Juniro.
çelsi: Eduard Mendi, Tyaqo Silva, Andreas Kristensen, Antonio Rudiger, Ben çilluel, Sesar Aspilikueta, Nqolo Kante, Jorjinyo, Meyson Maunt, Kristian Pulişiç, Timo Verner.
 
Qeyd edək ki, cavab oyunları mayın 4-də və 5-də keçiriləcək.
 
 
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest