Bu gün futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinin daha bir ilk oyunu keçirilib.

Matc.az xəbər verir ki, Fransa çempionu PSJ Parisdə İngiltərənin "Mançester Siti" klubu ilə münasibətlərinə aydınlıq gətirib.

Almaniyadan olan FİFA referisi Feliks Brixin idarə etdiyi qarşılaşmada hesabı meydan sahibləri açıblar. Amma ikinci hissədə iki qol vuran qonaqlar bu görüşü əzmkar qələbə ilə başa vurublar.

Yarımfinalın digər oyununda "Real" (İspaniya) doğma meydanda "çelsi" (İngiltərə) ilə heç-heçəyə razılaşıb – 1:1. Cavab qarşılaşmaları 4-5 mayda keçiriləcək.

UEFA çempionlar Liqası
Yarımfinalın ilk oyunu

28 aprel

PSJ – Mançester Siti 1:2
Qol: Markinyos, 15 – De Breyne, 64. Mahrez, 71.

Paris. "Park de Prens" stadionu. Baş hakim: Feliks Brix (Almaniya).

PSJ: Keylor Navas, Presnel Kimpembe, Markinyos, Mitçell Bakker, Alessandro Florensi, Marko Verratti, İdrissa Quey, Leandro Paredes, Anxel Di Mariya, Neymar, Kilian Mbappe.
Mançester Siti: Ederson, Kayl Uolker, Ruben Dias, Con Stounz, Joao Kanselo, İlkay Gündoğan, Rodri, Fil Foden, Kevin de Breyne, Bernardo Silva, Riyad Mahrez.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest