"Bir az təzyiq etsəydik və daha inamlı oynasaydıq, ilk hissəni qazana bilərdik. Bu qələbəyə layiq idik. Ancaq bu, baş vermədi. Püşkü qəbul etməli və cavab matçını qazanmağa çalışmalıyıq".

"çelsi"nin baş məşqçisi Tomas Tuhel çempionlar Liqasının yarımfinal mərhələsində Madrid "Real"ı ilə ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, almaniyalı çalışdırıcı səfərdə 1:1 hesablı nəticədən razı qalmadığını söyləyib: "Qarşılaşmaya çox yaxşı başladıq. İlk yarıda qalib gəlməli idik. Buna layiq idik. Xeyli şans yaratsaq da, son ötürmənin dəqiqliyi yox idi. Təəssüf ki, rəqib standart vəziyyətdən cavab qolunu vurdu. Ancaq meydan sahiblərinə dominantlıq etməyə imkan vermədik. İlk hissənin nəticəsi bizi bir az məyus etdi. Buna görə də sakit olmağımız və konsentrasiyanı itirməməyimiz vacibdir. Matçın sonunda sürət düşdü, aqressiyanı itirdik".

Tuhel bildirib ki, komandası qələbəyə layiq idi: "Bir az təzyiq etsəydik və daha inamlı oynasaydıq, ilk hissəni qazana bilərdik. Bu qələbəyə layiq idik. Ancaq bu, baş vermədi. Püşkü qəbul etməli və cavab matçını qazanmağa çalışmalıyıq".

Qeyd edək ki, çempionlar Liqasında cavab oyunları mayın 4-də və 5-də keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest