"Çelsi"nin təzyiqi ilə mübarizə aparmaq asan deyildi. Bu, bizə dərs olmalıdır. Cavab oyununa əvvəldən hazır olmalıyıq"
Madrid "Real"ının müdafiçisi Rafael Varan çempionlar Liqasının yarımfinal mərhələsində "çelsi" ilə oyun haqda danışıb. Matc.az xəbər verir ki, o, komandasının 1:1 hesabı ilə yekunlaşan qarşılşamadan dərs çıxarmalı olduğunu bildirib: "Fikrimcə, oyunu iki fərqli hissəyə bölmək olar. Rəqib görüşə yaxşı başladı, təzyiq göstərdi və nəticədə uğur qazandı. Ancaq Kərim Benzemanın dəqiq zərbəsi sayəsində cavab qolunu vurduq. "çelsi"nin təzyiqi ilə mübarizə aparmaq asan deyildi. Bu, bizə dərs olmalıdır. Cavab oyununa əvvəldən hazır olmalıyıq".
"Real"ın yarımmüdafiəçisi Eden Hazard isə bildirib ki, nəticə fərqli ola bilərdi: "Daha yaxşı və daha pis ola bilərdi. Qarşıda cavab görüşü var. Biz səfərdə qalib gəlməyə çalışmalıyıq".