"Xosep Qvardiola dünyanın ən yaxşı məşqçilərindən biridir. Onun karyerasına hörmətlə yanaşıram. Mən futbolu sevən, öyrənməyə çalışan, oynamağa və qazanmağa çalışan məşqçiyəm"
PSJ-nin baş məşqçisi Maurisio Poçettino çempionlar Liqasının yarımfinalında "Mançester Siti" ilə bu gün keçiriləcək ilk qarşılaşma barədə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, argentinalı mütəxəssis bildirib ki, bu oyun ötən mərhələnin "Bavariya" ilə görüşündən daha çətin keçəcək: "İngilislərlə oyun şəxsi qarşıdurma deyil. çox yaxşı iki komanda arasındakı rəqabətdir. Xosep Qvardiola dünyanın ən yaxşı məşqçilərindən biridir. Onun karyerasına hörmətlə yanaşıram. Mən futbolu sevən, öyrənməyə çalışan, oynamağa və qazanmağa çalışan məşqçiyəm. Hər iki komandada 90 dəqiqə ərzində çox yaxşı mübarizə aparan güclü futbolçular var. çətin və çox rəqabətli matçlar olacaq. ümid edirəm ki, yaxşı futbol göstərəcəyik və qalib gələcəyik. Bu, futboldakı əsas hədəfdir".
Poçettino rəqibin heyətində bəzi futbolçulardan danışıb: "Fodeni İngiltərədə işləyən vaxtdan yaxşı tanıyıram. Bu oyunçuya nəzarət etməliyik. Bunu necə edəcəyimiz bilirik. Ancaq Mahrez, Kevin de Bruyne, Sterlinq, Aquero və Jesus kimi futbolçulara qarşı çox çətin olacaq. Rəqib dünyanın ən yaxşı komandasıdır. Mükəmməl futbolçuları və əla məşqçi heyəti var".