"Bu komanda ilə Parisə gəldiyim üçün çox xoşbəxtəm. özümüz olmağa və qələbə qazanmağa çalışacağıq". Matc.az xəbər verir ki, bunu "Mançester Siti"nin baş məşqçisi Josep Qvardiola deyib.

İngiltərə təmsilçisi çempionlar Liqasının yarımfinalında bu gün Parisdə PSJ ilə qarşılşacaq. Bu barədə danışan ispaniyalı mürəxəssis hər iki komandanı gərgin mübarizə gözlədiyini bildirib: "çempionlar Liqası ən gözəl turnirdir. Komandamızda problem yoxdur. Hər kəs oyuna hazır və xoşbəxtdir. Finala çıxmaq uğrunda mübarizə fürsəti üçün özümüzə minnətdarıq. Əgər davamlı olaraq topla oynasaq, balanslı oyun olacaq. Müdafiədə oturmaq fikrimiz yoxdur. çünki rəqibin heyətində Neymar, Mbappe,  Di Maria, Verratti, Markinyos qorxunc silaha bənzəyirlər. Onlar 90 dəqiqəni müdafiəyə çəkilən rəqiblərə qarşı oynamağa öyrəşiblər. Müdafiə PSJ kimi komandaya qarşı qorunmanın yolu deyil".

Qvardiola bildirib ki, rəqibin heyətində hər an nəticəni dəyişə bilən keyfiyyətli futbolçular var: "Bunu futbolu sevən hər kəs bilir. Ancaq bu, çempionlar Liqasının yarımfinaldır. 90 dəqiqə mübarizə aparmalıyıq. Bizi yalnız bir sual narahat edəcək: necə qazanmaq olar? Yohan Kroyf mənə oyundan zövq almağı, məsuliyyət, əylənməli olduğunu öyrətdi. Ən yaxşı futbolçular belə qarşılaşmaları çox sevirlər"

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest