Futbol üzrə UEFA çempionlar Liqasının yarımfinal mərhələsi çərçivəsində keçirilən "Real" (İspaniya) – "çelsi" (İngiltərə) matçının ən yaxşı oyunçusu məlum olub.
 
Matc.az turnirin mətbuat xidmətinə istinadən xəbər verir ki, bu, "çelsi"nin yarımmüdafiəçi Nqolo Kantedir. Fransalı futbolçu "Real"la matçda 6 uğurlu driblinqlə yadda qalıb.
 
"Real" – "çelsi" matçı qollu bərabərliklə bitib – 1:1. Komandalar arasındakı cavab oyunu mayın 5-də, Londonda keçiriləcək.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest