29 Aprel 2021, 11:28
ÇEMPİONLAR LİQASI
Fransanın PSJ klubunun müdafiəçisi Markinyos UEFA çempionlar Liqasında yeni uğura imza atıb.
Matc.az xəbər verir ki, 27 yaşlı futbolçu buna İngiltərənin "Mançester Siti" komandasına 1:2 hesabı ilə uduzduqları yarımfinal mərhələsinin ilk oyununda nail olub.
Parisdə baş tutan görüşün 15-ci dəqiqəsində hesabı açan braziliyalı oyunçu tarixdə ardıcıl iki və ya daha çox mövsüm 1/4 və yarımfinal mərhələlərində qol vuran üçüncü futbolçu olub. Daha əvvəl bunu hazırda İspaniya "Barselona"sında oynayan Antuan Qrizmann (2015-16, 2016-17) və İtaliya "Yuventus"unda çıxış edən Kristiano Ronaldo (2011-12, 2012-13, 2013-14) bacarıb. Markinyos bütövlükdə son 12 çL matçında 5 qol vurmağa nail olub.
Qeyd edək ki, PSJ və "Mançester Siti" komandaları arasındakı cavab oyunu mayın 4-də İngiltərədə keçiriləcək.