Futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinin ilk oyunlarından sonra həftənin rəmzi komandası məlum olub.
 
Matc.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəmzi komandaya İngiltərənin "Mançester Siti" klubundan 5 futbolçu düşüb.
 
Qapıçı: Ederson ("Mançester Siti");
 
Müdafiəçilər: Markinyos (PSJ, Fransa), Eder Militao ("Real Madrid", İspaniya), Antonio Rüdiger ("çelsi", İngiltərə), Aleksandr Zinçenko ("Mançester Siti");
 
Yarımmüdafiəçilər: İlkay Gündoğan, Kevin De Bröyne, Riyad Mahrez (hər üçü "Mançester Siti"), Kristian Pulişiç ("çelsi"), Anxel Di Mariya (PSJ);
 
Hücumçu: Kərim Benzema.
 
Yarımfinalın ilk oyunlarında "çelsi" İspaniyada "Real"la 1:1 hesablı heç-heçə edib, "Mançester Siti" isə Fransada PSJ-yə qalib gəlib – 2:1.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest