Futbol üzrə UEFA çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunlarından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.
 
Matc.az xəbər verir ki, həftənin ən yaxşı adına 4 namizəd var.
 
Bunlar İngiltərənin "çelsi" klubundan Nqolo Kante ilə Kay Haverts, "Mançester Siti"dən isə Ruben Diasla Riyad Mahrezdir.
 
Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə yolu ilə müəyyənləşəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest