06 May 2021, 11:06
ÇEMPİONLAR LİQASI
"çelsi"nin baş məşqçisi Tomas Tuxel UEFA çempionlar Liqasında yeni uğura imza atıb.
Matc.az xəbər verir ki, 47 yaşlı alman mütəxəssis fərqli komandalarla çL-də ardıcıl iki dəfə finala yüksələn ilk baş məşqçiyə çevrilib.
Onun çalışdırdığı "çelsi" ötən gün yarımfinal mərhələsi çərçivəsində qarşılaşdığı İspaniya "Real"ına 2:0 hesabıyla qalib gəlib. İngiltərə təmsilçisi səfərdə 1:1 hesablı heç-heçəyə nail olduğundan, həlledici oyunda iştirak hüququ qazanıb.
Tomas Tuxel ötən mövsüm də Fransanın PSJ klubunu çL-in finalına çıxarmışdı. Onun rəhbərlik etdiyi komanda həlledici matçda Almaniyanın "Bavariya" komandasına 0:1 hesabı ilə uduzub.
"Real"la oyun "çelsi"nin futbolçusu Meyson Maunt üçün də əlamətdar olub. O, 10 ildən sonra "Mançester Yunayted"in sabiq futbolçusu Ueyn Runinin nailiyyətini təkrarlayıb. 22 yaşlı hücumçu 2011-ci ildən sonra çempionlar Liqasının yarımfinal mərhələsində qol vuran ilk ingiltərəli oyunçu olub. Son olaraq 2011-ci ildə Runi "Mançester Yunayted"in heyətində Almaniyanın "Şalke" klubuna yarımfinal oyununda qol vurmuşdu.
Qeyd edək ki, "çelsi" bu mövsüm çL-in finalında İngiltərənin digər klubu "Mançester Siti" ilə qarşılaşacaq. Həlledici görüş mayın 29-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.