Kiyev "Dinamo"sunun və Ukrayna milli komandasının futbolçusu Vitali Buyalski Aç-2020-də iştirak etməyəcək. Matc.az xəbər verir ki, bu barədə Ukrayna Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb. 28 yaşlı yarımmüdafiəçi zədə səbəbindən Aç-2020-ni buraxacaq.
 
Aç-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Ukrayna yığması turnirin qrup mərhələsində Niderland, Avstriya və Şimali Makedoniya ilə qarşılaşacaq.
 
Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest