Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 2020/21 mövsümünün qalibi müəyyənləşib. Matc.az xəbər verir ki, həlledici matçda İngiltərənin "Mançester Siti" və "çelsi" komandaları üz-üzə gəliblər.
Portuqaliyanın Portu şəhərindəki "Draqao" stadionunda keçirilən qarşılaşmanı İspaniyadan olan FİFA referisi Antonio Mateu Laos idarə edib.
Həlledici oyunun taleyini bir qol həll edib. "çelsi" bu görüşdə minimal hesabla qalib gələrək tarixində ikinci dəfə çL-in qalibi olub.
UEFA çempionlar Liqası
Final
29 may
Mançester Siti – çelsi 0:1
Qol: K.Haverts, 42.
Baş hakim: Antonio Mateu Laos (İspaniya).
Mançester Siti: Ederson, Kayl Uolker, Con Stounz, Ruben Dias, Aleksandr Zinçenko, İlkay Gündoğan, Bernardo Silva, Fil Foden, Riyad Mahrez, Kevin de Breyne, Rahim Sterlinq.
çelsi: Eduard Mendi, Ris Ceyms, Sesar Aspilikueta, Tyaqo Silva, Antonio Rudiger, Ben çiluell, Jorjinyo, Nqolo Kante, Meyson Maunt, Kay Haverts, Timo Verner.