UEFA çempionlar Liqasında İngiltərənin "çelsi" və "Mançester Siti" komandaları arasında keçirilən final matçından sonra ən yaxşı futbolçu adına namizədlər məlum olub.
 
Matc.az qurumun saytına istinadən xəbər verir ki, ən yaxşı adına "Mançester Siti"dən Fil Foden, "çelsi"dən Nqolo Kante, Ris Ceyms və Kay Haverts namizəd göstərilib.
 
Qalib, qitə futbol qurumunun rəsmi saytında azarkeşlər arasında keçirilən səsvermə nəticəsində müəyyənləşəcək.
 
"çelsi" "Mançester Siti"ni 1:0 hesabıyla məğlub edərək, turnirin qalibi olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest