Futbol üzrə Uels millisinin Aç-2020 üçün heyəti açıqlanıb. Matc.az xəbər verir ki, yığmada baş məşqçi səlahiyyətlərini yerinə yetirən Robert Peyc yekun heyətdə Qaret Beyl, Aaron Remsi kimi aparıcı oyunçulara da yer verib.
 
Onun yığmaya çağırdığı futbolçular arasında "Kardif Siti"nin U-23 komandasında oynayan 19 yaşlı Rubin Kolvill də var.
 
Bütövlükdə heyətdə 3 qapıçı, 9 müdafiəçi, 10 yarımmüdafiəçi, 4 hücumçu yer alıb.
 
Qapıçılar: Ueyn Hennessi ("Kristal Pelas", İngiltərə), Denni Uord ("Lester Siti", İngiltərə), Adam Deyvis ("Stok Siti", İngiltərə);
 
Müdafiəçilər: Konnor Roberts, Ben Kabanqo (hər ikisi "Suonsi Siti", İngiltərə), Co Rodon, Ben Deyvis ("Tottenhem", İngiltərə), Ceyms Lourens ("Sankt Pauli", Almaniya), Kris Mefam ("Bornmut", İngiltərə), Kris Qanter ("çarlton", İngiltərə), Ris Norrinqton-Deyvis ("Şeffild Yunayted", İngiltərə), Neko Uilyams ("Liverpul", İngiltərə);
 
Yarımmüdafiəçilər: Conatan Uilyams, Rubin Kolvill (hər ikisi "Kardiff Siti"), Aaron Remsi ("Yuventus", İtaliya), Co Morrel ("Luton", İngiltərə), İtan Ampadu ("çelsi", İngiltərə), Co Allen ("Stok Siti"), Metyu Smit ("Mançester Siti", İngiltərə), Dilan Levitt ("Mançester Yunayted", İngiltərə), Devid Bruks ("Bornmut", İngiltərə), Harri Uilson ("Liverpul");
 
Hücumçular: Daniel Ceyms ("Mançester Yunayted", İngiltərə), Qaret Beyl ("Real", İspaniya), Kiffer Mur ("Kardiff Siti", İngiltərə), Tayler Roberts ("Lids", İngiltərə).
 
Qeyd edək ki, Aç-2020 bu il 11 iyun – 11 iyul aralığında keçiriləcək. Aç-2020-yə ev sahibliyi edəcək şəhərlər arasında Bakı da var.
 
Uels millisi Aç-2020-də İtaliya, İsveçrə və Türkiyə ilə birgə A qrupunda mübarizə aparacaq. Sözügedən qrupun Uels – İsveçrə, Türkiyə – Uels və İsveçrə – Türkiyə oyunları Bakı Olimpiya Stadionunda keçiriləcək. Təqvimə əsasən, Bakı 1/4 final mərhələsinin də bir oyununa ev sahibliyi edəcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest