Futbol üzrə İngiltərə millisinin futbolçusu Trent Aleksander-Arnold Aç-2020-ni buraxacaq. Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.
 
Futbolçunun adı zədə səbəbindən turnir üçün heyətdən çıxarılıb. Baş məşqçi Qaret Sautqeyt "Liverpul"un müdafiəçisini kimin əvəzləyəcəyinə hələ qərar verməyib.
 
Qeyd edək ki, Aleksander-Arnold Avsrtiya ilə yoldaşlıq görüşündə (1:0) zədələnib. Britaniya mətbuatı onun təxminən 6 həftəyə hazır ola biləcəyini yazıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest