AVRO-2020-nin ən gənc və ən yaşlı komandaları bəlli olub. Matc.az CIES-ə istinadən xəbər verir ki, 24 komanda arasında ən gənc heyətə malik kollektiv Türkiyə yığmasıdı. Qonu ölkənin komandasında orta yaş 24,9-a bərabərdi. İkinci sırada İngiltərə (25,2), 3-cü yerdə Uels (25,5) qərarlaşıb.
 
Ən yaşlı yığma isə İsveç. Skandinaviya ölkəsinin millisində orta yaş 29,2-yə bərabərdi. Belçika 2-ci (29,1), Slovakiya 3-cüdü (28,2).

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest