23 İyun 2021, 11:27
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasında 2021/22 mövsümünün ilkin mərhələsinin yarımfinal oyunları keçirilib. Matc.az xəbər verir ki, Andorranın "İnter Eskaldes" klubu səfərdə Farer adaları təmsilçisi "Torshavn"ı minimal hesabla məğlub edib – 1:0. Digər matçda Kosovonun "Priştina" klubu San Marino "Folqore"sindən üstün olub – 2:0.
İlkin mərhələnin həlledici oyunu iyunun 25-də, "Priştina" və "İnter Eskaldes" komandaları arasında keçiriləcək.
İlkin mərhələnin qalibi çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Macarıstanın "Ferentsvaroş" komandası ilə qarşılaşacaq.