Futbol üzrə UEFA çempionlar Liqasında ilkin mərhələyə yekun vurulub. Matc.az xəbər verir ki, ilkin mərhələnin finalında Kosovo çempionu "Priştina" Andorranı təmsil edən "İnter Klub Eskaldes" ilə üz-üzə gəlib.
 
Kosovo çempionu bu oyundan inamlı qələbə ilə ayrılıb. Nəticədə, "Priştina" çL-in 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb. Sözügedən komanda bu mərhələdə Macarıstan çempionu "Ferentsvaroş"la qarşılaşacaq. 
 
UEFA çempionlar Liqası
İlkin mərhələ, final
25 iyun
 
Priştina (Kosovo) – İnter Klub Eskaldes (Andorra) 2:0
Qol: Krasniçi, 45; 58.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest