Bu gün Aç-2020-də yarımfinal mərhələsinə yekun vurulub. Matc.az xəbər verir ki, ikinci yarımfinal qarşılaşması İngiltərə və Danimarka yığmaları arasında baş tutub.

Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmanı Niderland olan Danni Makkeli idarə edib. Görüşdə hesabı danimarkalılar açıblar. Amma ingilislər buraxılan topun əvəzini çıxa biliblər. İkinci hissədə başqa qol vurulmadığından, əlavə vaxta ehtiyac duyulub. Məhz əlavə vaxtda daha bir qol vuran İngiltərə yığması finala yüksəlib.

Qeyd edək ki, digər yarımfinal görüşündə İtaliya millisi İspaniya üzərində qələbə (1:1, penaltilərlə 4:2) qazanmışdı. Beləliklə, iyulun 11-də keçiriləcək finalda İngiltərə və İtaliya yığmaları qarşılaşacaq.

Aç-2020
Yarımfinal
7 iyul

İngiltərə – Danimarka 2:1
Qol: S.Kyaer, 39-öz qapısına. H.Keyn, 104 – M.Damsqaard, 30.
Baş hakim: Danni Makkeli (Niderland).
London. "Uembli" stadionu.

İngiltərə: 1. Cordan Pikford, 2. Kayl Uolker, 3. Lyuk Şou, 4. Deklan Rays, 5. Con Stounz, 6. Harri Maquayr, 9. Harri Keyn (k), 10. Rahim Sterlinq, 14. Kelvin Fillips, 19. Meyson Maunt, 25. Bukayo Saka.
Danimarka: 1. Kasper Şmeyxel, 3. Yannik Vesterqaard, 4. Simon Kyaer (k), 5. Yoakim Mehle, 6. Andreas Kristensen, 8. Tomas Dileyni, 9. Martin Breytveyt, 12. Kasper Dolberq, 14. Mikkel Damsqaard, 17. Yens Larsen, 23. Pyer-Emil Heyberq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest