Bu gün Azərbaycan çempionu "Neftçi" UEFA çempionlar Liqasının 2021/22 mövsümündə ilk oyununa çıxıb. Matc.az xəbər verir ki, paytaxt klubu bu turnirin 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstan çempionu "Dinamo" (Tiflis) ilə qarşılaşıb.

Bu komandalar arasındakı ilk matç Tiflisdə baş tutub. 7 illik fasilədən sonra, tarixində 7-ci dəfə çempionlar Liqasına qatılacaq "Neftçi" qayıdışını 7-ci ayın 7-ci günündə reallaşdırıb. Qarşılaşma isə məhz Azərbaycan çempionunun qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 14-də Bakıda keçiriləcək.

UEFA çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunu
7 iyul

Dinamo (Tiflis) – Neftçi 1:2
Qol: Z.Maruşiç, 36 – N.Ələsgərov, 23. E.Mahmudov, 57-pen.
Baş hakim: David Fuksman (İsrail).
Tiflis. Boris Payçadze adına "Dinamo Arena".

Dinamo: 30. Roin Kvasxvadze, 6. Bakar Kardava, 8. Milan Radin, 9. Georgi Qabedava, 12. Levan Xarabadze, 15. Georgi Papava (k), 19. Simon Qbeqnon, 21. Georgi Kutsiya, 22. Fabian Sporkslede, 32. Zoran Maruşiç, 39. Saba Xvadagiani.
Ehtiyat oyunçular: 13. Omar Migineişvili, 3. Aleksandr Kalandadze, 5. Davit Koburi, 17. Tornike Axvlediani, 18. Barnes Osey, 24. Nodari İaşvili, 25. Tornike Morçiladze, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze.
Baş məşqçi: Kaxaber Sxadadze.

Neftçi: 30. Aqil Mammadov, 3. Mamadu Mbodj, 6. Voyislav Stankoviç, 7. Namiq Ələsgərov, 8. Emin Mahmudov (k), 10. Sezar Meza Kolli, 11. Harramiz Suares, 20. Mert çelik, 24. Yusuf Laval, 29. Sabir Buqrin, 36. Mamadu Kane.
Ehtiyat oyunçular: 12. Kamran İbrahimov, 94. Əlirza Müştəbazadə, 19. Fəhmin Muradbəyli, 21. İsmayıl Zülfüqarlı, 22. Mirabdulla Abbasov, 26. ömər Buludov, 37. Vüsal Əsgərov, 70. Asim Əlizadə, 72. Emin Zamanov, 97. Xəyal Nəcəfov.
Baş məşqçi: Samir Abasov.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest