Futbol üzrə Avropa çempionatının yarımfinal mərhələsi çərçivəsində keçirilmiş İngiltərə – Danimarka matçı bir sıra ilklərlə yadda qalıb. Matc.az xəbər verir ki, İngiltərə millisinin yarımmüdafiəçisi Bukayo Saka bu görüşdə meydana çıxmaqla yeni rekorda imza atıb.
 
Belə ki, "Arsenal"lı futbolçu İngiltərə millisində böyük turnirlərin yarımfinalında start heyətdə meydana çıxmağı bacaran ən gənc oyunçu kimi tarixə düşüb. O, buna 19 yaş 305 günlüyündə nail olub.
 
Əvvəlki rekord Ueyn Runiyə məxsus idi. Keçmiş hücumçu Aç-2004-də 1/4 final görüşünün iştirakçısı olmaqla buna nail olmuşdu. Saka İngiltərə yığmasında yaşı 20-dən az olan üçüncü futbolçu kimi tarixə düşüb. Ondan öncə Runi və Maykl Ouen 19 yaşında millinin heyətində meydana çıxmışdı.
 
Bu oyunda hesabı Danimarka yığması açdı. Mikkel Damsqaard cərimə zərbəsindən möhtəşəm qola imza atdı. Bu, Aç-2020-də cərimə zərbəsindən vurulan ilk qol idi.
 
Bu, həm də İngiltərə yığmasının Aç-2020-də buraxdığı ilk qol oldu. Nəticədə Cordan Pikfordun "quru" seriyası qırıldı. O, 721-ci dəqiqə sonra qapısında qol gördü. Nəticədə, qolkiper Qordon Banksın 720 dəqiqəlik "quru" seriyasını 1 dəqiqəlik fərqlə də olsa, geridə qoydu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest