Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Pedro Martins Bakıya gələcək. Matc.az xəbər verir ki, portuqaliyalı mütəxəssis "Neftçi" və Gürcüstanın "Dinamo" (Tiflis) klubları arasında UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.
 
Bu cütün qalibi çL-in 2-ci təsnifat mərhələsində məhz "Olimpiakos"la qarşılaşacaq.
 
Qeyd edək ki, Tiflisdəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Martins həmin görüşü də tribunadan canlı izləyib. Cavab oyunu iyulun 14-də keçiriləcək.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest