13 İyul 2021, 18:32
ÇEMPİONLAR LİQASI
Futbol üzrə UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində sabah "Neftçi"nin qonağı olacaq Gürcüstanın "Dinamo" (Tiflis) klubu Bakıya 22 futbolçu ilə gəlib.
Matc.az xəbər verir ki, baş məşqçi Kaxaber Sxadadze Azərbaycana üç qapıçı, yeddi müdafiəçi, doqquz yarımmüdafiəçi, üç hücumçu gətirib.
Qapıçılar: 30. Roin Kvasxvadze, 13. Omar Migineişvili, 1. Luka Kutalaze;
Müdafiəçilər: 5. Davit Koburi, 24. Nodar İaşvili, 12. Levan Xarabadze, 39. Saba Xvadagiani, 19. Simon Qbeqnon, 22. Fabian Sportsklede, 3. Aleksandr Kalandadze;
Yarımmüdafiəçilər: 15. Georgi Papava, 21. Georgi Kutsiya, 27. Anzor Mekvabişvili, 38. Nodari Kavtaradze, 25. Tornike Morçiladze, 6. Bakar Kardava, 18. Barnes Osey, 31. Georgi çxetiani, 8. Milan Radin
Hücumçular: 9. Georgi Qabedava, 32. Zoran Maruşiç, 17. Tornike Axvlediani
Qeyd edək ki, sabah keçiriləcək "Neftçi" – "Dinamo" matçına saat 21:00-da start veriləcək. Tiflisdəki ilk oyunda Azərbaycan çempionu 2:1 hesablı qələbə qazanıb.