"Neftçi"nin kapitanı Emin Mahmudov Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

"Neftçi"nin kapitanı Emin Mahmudov çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Gürcüstanın "Dinamo" (Tiflis) komandasına qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, yarımmüdafiəçi, bu gün baş tutan mətbuat konfransında öncə bunları söyləyib:
 
- Sabah bizi çətin oyun gözləyir. Rəqib bizdən daha hazırlıqlıdır. çünki çempionatları davam edir. çalışacağıq ki, topu özümüzdə saxlayaq. Maksimum əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə əldə edək.
 
- Penalti zərbələri üzərində çalışmısızmı?
- Penaltilər üzərində hər zaman çalışıram.
 
- "Dinamo" sizdən hansı komponentdə üstündür?
- Bunu deyə bilmərəm. çünki baş məşqçimiz bunları bizə deyəcək. İlk oyundakı səhvlərimizi düzəltməyə çalışacağıq.
 
- Səfər qolunun ləğvi haqda nə düşünürsüz? 
- Açığı, bunun tərəfdarı deyiləm. çox şey dəyişdi. Əvvəl səfərdə bütün komandalar qol vurmağa çalışırdı, ancaq indi daha fərqlidir. İndi əksər oyunlarda penaltilər seriyası olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest