Gürcüstanın "Dinamo" (Tiflis) komandasının baş məşqçisi Kaxaber Sxadadze UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçını şərh edib.

Gürcüstanın "Dinamo" (Tiflis) komandasının baş məşqçisi Kaxaber Sxadadze UEFA çempionlar Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri cavab matçını şərh edib. Matc.az xəbər verir ki, gürcü mütəxəssis, 1:2 hesabıyla məğlub olduqları matçdan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
- Rəqibi qələbə münasibətilə təbrik edirəm. "Neftçi" bu gün daha yaxşı oyun göstərdi. İki komanda da gözəl oynadı. Sanki iki oyunda vurulan dörd qoldan üçünü özümüz vurduq. Nəticə bizim səhvlərimizə görə oldu. Belə oyunlarda bu cür səhvlər etmək olmaz.
 
- çalışdığınız komandalarla yerli liqalarda uğur qazanırsız. Sanki avrokuboklarda uğur əldə edə bilmirsiz. Bu, nə ilə əlaqəlidir?
- Kimisə günahlandırmaq olmaz. Bütün komanda şəklində uduzuruq.
 
- "Neftçi"nin "Olimpiakos"la oyunda şanslarını necə dəyərləndirirsiz?
- "Neftçi"ni gözəl tanıyıram. Klub rəhbərliyi ilə də yaxşı əlaqələrimiz var. Şanslar barədə heç nə deyə bilmərəm.
 
- Qələbə üçün nə çatmırdı?
- İlk növbədə, heç bir komandaya belə ciddi səhvlər buraxmaq yaraşmaz. Düşünürəm ki, oyunlarda penaltini kim vurursa, qələbə onun olur.
 
- Samir Abasov bir zamanlar tələbəniz olub. Vaxtilə futbolçunuz olmuş birinə iki oyunda uduzmaq necə hissdir?
- Bu, komanda oyunudur, boks deyil. Samirlə dalaşmamışıq ki, uduzum. Bu matçlarda "Dinamo" "Neftçi"yə uduzdu.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest