15 İyul 2021, 00:12
ÇEMPİONLAR LİQASI
Sözügedən komanda doğma meydanda Norveç çempionu "Bodo Qlimt" ilə qarşılaşıb. İlk oyunda rəqibini 3:2 hesabıyla məğlub etmiş Polşa çempionu, cavab görüşündən 2:0 hesablı qələbə ilə ayrılıb. "Legiya" növbəti mərhələdə Estoniyanın "Flora" komandası ilə qarşılaşacaq.
Bu gün futbol üzrə UEFA çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin növbəti cavab oyunları keçirilib. Matc.az xəbər verir ki, Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Polşa "Legiya"sı da növbəti matçına çıxıb.
Sözügedən komanda doğma meydanda Norveç çempionu "Bodo Qlimt" ilə qarşılaşıb. İlk oyunda rəqibini 3:2 hesabıyla məğlub etmiş Polşa çempionu, cavab görüşündən 2:0 hesablı qələbə ilə ayrılıb. "Legiya" növbəti mərhələdə Estoniyanın "Flora" komandası ilə qarşılaşacaq.
Norveçdəki oyunda dubla imza atmış Mahir, cavab görüşünə də start heyətdə başlayıb və 83-cü dəqiqədə əvəzlənib. O, komandasının 40-cı dəqiqədə vurduğu ilk qolda məhsuldar ötürmə müəllifi olub.