Futbol üzrə UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri və ilk oyunların proqramı açıqlanıb

Futbol üzrə UEFA çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin bütün cütləri və ilk oyunların proqramı açıqlanıb. Matc.az xəbər verir ki, növbəti mərhələdə iki gün ərzində 13 matç keçiriləcək.
 
Startda Gürcüstanın "Dinamo" (Tiflis) komandasını mübarizədən kənarlaşdırmış "Neftçi" növbəti raundda Yunanıstan "Olimpiakos"u ilə qarşılaşacaq. Yunanıstanda baş tutacaq və iyulun 21-də keçiriləcək bu matça Bakı vaxtı ilə saat 23:00-da start veriləcək.
 
Mübarizəyə bu mərhələdən başlayacaq Türkiyənin "Qalatasaray" klubu da həmin gün Niderlandda PSV-nin qonağı olacaq. Azərbaycanlı hücumçu Mahir Emrelinin klubu "Legiya"nın 2-ci mərhələdəki rəqibi "Flora" (Estoniya) olacaq. Hər iki oyun "Neftçi"nin matçı ilə eyni vaxtda başlayacaq.
 
Qeyd edək ki, çL-də 2-ci təsnifat mərhələsinin cavab oyunları 27-28 iyulda keçiriləcək.
 
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
 
20 iyul
 
19:00. Alaşkert (Ermənistan) - Şerif (Moldova)
20:00. Linkoln (Cəbəllütariq) - çFR (Rumıniya)
22:00. Ferentsvaroş (Macarıstan) - Jalgiris (Litva)
22:00. Dinamo (Zaqreb, Xorvatiya) - Omoniya (Kipr)
22:30. Rapid (Vyana, Avstriya) - Sparta (Praqa, çexiya)
22:45. Seltik (Şotlandiya) – Midtyulland (Danimarka)
 
21 iyul
 
18:00. Kayrat (Qazaxıstan) – Srvena Zvezda (Serbiya)
21:00. Malmö (İsveç) - HİK (Finlandiya)
22:00. Mura (Sloveniya) - Ludoqorets (Bolqarıstan)
22:30. Slovan (Bratislava, Slovakiya) - Yanq Boyz (İsveçrə)
23:00. PSV (Niderland) - Qalatasaray (Türkiyə)
23:00. Olimpiakos (Yunanıstan) - Neftçi (Azərbaycan)
23:00. Legiya (Polşa) – Flora (Estoniya)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest