Azərbaycanlı beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev UEFA-dan yeni təyinat alıb. Matc.az xəbər verir ki, o, UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin oyununda iş başında olacaq.
 
Həmyerlimiz Qazaxıstanın "Kayrat" və Serbiyanın "Srvena Zvezda" klubları arasındakı ilk oyuna hakim-inspektor təyin olunub. Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.
 
Sözügedən komandalar arasındakı ilk görüş iyulun 21-də Almatı şəhərindəki Mərkəzi stadionda keçiriləcək. Xudiyev Türkiyədən olan hakimlər briqadasının işinə qiymət verəcək.
 
Qeyd edək ki, bu, Xudiyevin son 1 həftədə "Kayrat" klubunun matçına ikinci təyinatıdır. O, iyulun 14-də Almatı təmsilçisinin İsrailin "Makkabi" (Hayfa) klubuna qarşı 1-ci təsnifat mərhələsinin cavab oyununda da eyni funksiyanı yerinə yetirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest