19 İyul 2021, 11:45
ÇEMPİONLAR LİQASI
Paytaxt klubu 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda "Mura" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan), "Legiya" (Polşa) - "Flora" (Estoniya) və "Linkoln" (Cəbəllütariq) - "ÇFR Kluj" (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.
UEFA çempionlar Liqasının 3-cü təsnifat mərhələsində iştirak edəcək komandaları püşkatma öncəsi qruplara bölüb. Matc.az xəbər verir ki, Azərbaycan çempionu "Neftçi"nin də bu raunddakı potensial rəqiblərinin sayı azalıb.
Paytaxt klubu 2-ci təsnifat mərhələsində Yunanıstan "Olimpiakos"unu mübarizədən kənarlaşdırsa, növbəti raundda "Mura" (Sloveniya) - "Ludoqorets" (Bolqarıstan), "Legiya" (Polşa) – "Flora" (Estoniya) və "Linkoln" (Cəbəllütariq) – "çFR Kluj" (Rumıniya) cütünün qaliblərindən biri ilə düşəcək.
Qeyd edək ki, 3-cü təsnifat mərhələsinin püşkü bu gün atılacaq. Mərasimə Bakı vaxtı ilə saat 14:00-da start veriləcək.