Yunanıstanın "Olimpiakos" komandasının müdafiəçisi Pape Abu Sisse UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri ilk oyunu şərh edib. Matc.az xəbər verir ki, seneqallı futbolçu 1:0 hesabıyla qalib gəldikləri matçdan sonra yerli mətbuata açıqlamasında bunları söyləyib:
 
"çox şadam ki, yenidən "Olimpiakos"a qayıtdım. Qayıdışımı qələbə ilə qeyd etməyim də sevindiricidir. Futbolda gərək hər şeyə hazır olasan. Bu gün həm qırmızı vərəqə aldıq, həm sistem dəyişikliyi etdik. Hər zaman belə şeylərə hazır olmaq lazımdır. Biz hələ hazırlıq mərhələsindəyik. Zaman keçdikcə daha effektli olacağımıza inanıram. Səfər oyununda erkən qol vurmağı bacarsaq, bizə daha rahat olar. Cavab görüşündə də qələbə qazanmaq istəyiriksə, daha yaxşı oynamalıyıq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest