Yunanıstanın "Olimpiakos" komandasının UEFA çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində Bakıda "Neftçi"yə qarşı keçirəcəyi cavab matçında təxmini heyəti müəyyənləşib. Matc.az xəbər verir ki, baş məşqçi Pedro Martinsin cavab görüşündə 3-5-2 taktikasından yararlanacağı ehtimal olunur.
 
Qapının ilk oyunda olduğu kimi, Kostas Tzolakisə həvalə olunması gözlənilir. Amma komandanın yeni transferi Toşam Vatslikin də Bakıda meydana çıxması ehtimalı var.
 
Müdafiədə Usseynu Ba, Ruben Semedo və Pape Abu Sisse üçlüyünün oynaması gözlənilir. Yarımmüdafiə xəttinin Kenni Lala, Giorgos Masuras, Svetozar Markoviç, Vasilis Surlis və Pyer Kundedən təşkil olunacağı iddia olunur.
 
Hücumda isə Matye Valbuena ilə yanaşı ya Ahmed Hassan, ya da Yussef Əl-Arabinin oynaması gözlənilir.
 
Qeyd edək ki, iyulun 28-də Bakıda keçiriləcək "Neftçi" - "Olimpiakos" matçına saat 21:00-da start veriləcək. Azərbaycan çempionu ilk oyunda 0:1 hesablı məğlubiyyətlə üzləşib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest