"Andreas Buxalakis, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Oleq Ryabçuk, Məhəmməd Kamara, Tikinyo Soares bu matçda iştirak etməyəcək. Ümid edirik ki, bu çətinliyin öhdəsindən gələcəyik"

Yunanıstanın "Olimpiakos" komandasının baş məşqçisi Pedro Martins UEFA çempionlar Liqasının 2-ci təsnifat mərhələsi çərçivəsində "Neftçi"yə qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb. Matc.az xəbər verir ki, o, bu gün Yunanıstanda təşkil olunan mətbuat konfransında bunları söyləyib:
 
"Andreas Buxalakis, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Oleq Ryabçuk, Məhəmməd Kamara, Tikinyo Soares bu matçda iştirak etməyəcək. ümid edirik ki, bu çətinliyin öhdəsindən gələcəyik. Bakıya qələbə üçün gedirik.
 
Matça ciddi hazırlaşmışıq. Oyunla bağlı heç bir sirrimiz yoxdur. Hər şey hazırlıqdan asılıdır. Son məşqlərimizi tamamladıq. Əsas fikrimiz oyundadır".
 
İyulun 28-də 8-ci km stadionunda keçiriləcək "Neftçi" – "Olimpiakos" matçı saat 20:00-da başlayacaq. Bakılılar ilk oyunda 0:1 hesabı ilə məğlub olub.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest