Türkiyənin "Qalatasaray" klubu Niderland PSV-sini qəbul edib. Komandalar arasındakı ilk matçda "Qalatasaray" 1:5 hesabıyla darmadağın olmuşdu. Cavab görüşündə də uduzan İstanbul klubu ÇL-də mübarizəni dayandırıb.
Bu gün futbol üzrə çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunlarına yekun vurulub. Matc.az xəbər verir ki, sonuncu oyun günündə daha 9 qarşılaşma baş tutub.
Türkiyənin "Qalatasaray" klubu Niderland PSV-sini qəbul edib. Komandalar arasındakı ilk matçda "Qalatasaray" 1:5 hesabıyla darmadağın olmuşdu. Cavab görüşündə də uduzan İstanbul klubu çL-də mübarizəni dayandırıb.
Azərbaycanın bu turnirdəki təmsilçisi "Neftçi" də bu gün meydana çıxıb. "Ağ-qaralar" Bakıda Yunanıstanın "Olimpiakos" komandasını qəbul edib. "Neftçi" səfərdə baş tutan ilk matçda olduğu kimi, doğma meydanda da bu rəqibinə 0:1 hesabıyla uduzub.
Qazaxıstan "Kayrat"ı da evdə qalib gəldiyi "Srvena Zvezda"ya Serbiyada böyük hesabla uduzub və mübarizəni dayandırıb.
Xatırladaq ki, ilk oyun günündə "Legiya" (Polşa), "Malmö" (İsveç), "Dinamo" (Zaqreb, Xorvatiya) və "Ferentsvaroş" (Macarıstan) çL-in 3-cü təsnifat mərhələsinə vəsiqəni təmin etmişdi.
UEFA çempionlar Liqası
2-ci təsnifat mərhələsinin cavab oyunları
28 iyul
Neftçi – Olimpiakos (Yunanıstan) 0:1 (ilk oyun 0:1)
Şerif (Moldova) – Alaşkert (Ermənistan) 3:1 (1:0)
çFR Kluj (Rumıniya) – Linkoln (Cəbəllütariq) 2:0 (2:1)
Midtyulland (Danimarka) – Seltik (Şotlandiya) 2:1 (1:1)
Qalatasaray (Türkiyə) – PSV (Niderland) 1:2 (1:5)
Ludoqorets (Bolqarıstan) – Mura (Sloveniya) 3:1 (0:0)
Yanq Boyz (İsveçrə) – Slovan (Slovakiya) 3:2 (0:0)
Sparta (Praqa, çexiya) – Rapid (Vyana, Avstriya) 2:0 (1:2)
Srvena Zvezda (Serbiya) – Kayrat (Qazaxıstan) 5:0 (1:2)