Futbol üzrə Türkiyə milli komandasının və "Beşiktaş"ın sabiq yarımmüdafiəçisi Olcay Şahan karyerasını bitirib. Matc.az xəbər verir ki, bu barədə 34 yaşlı futbolçu sosial şəbəkə hesabında paylaşım edib. O, futbolçu karyerasını bitirməyə qərar verdiyini açıqlayıb.
 
Son klubu "Yeni Malatyaspor" olan Olcay, karyerası ərzində Türkiyədə "Beşiktaş", "Trabzonspor", "Dənizlispor", Almaniyada "Fortuna" (Düsseldorf), "Bayer", "Borussiya" (Mönhenqladbax), "Duysburq" və "Kayzerslautern" kimi komandalarda çıxış edib. O, Türkiyə yığmasında 29 oyuna çıxıb.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest