"Fənərbaxça"nın müdafiəçisi Yusuf Akçiçek Avropa klublarının transfer siyahısında yer alıb.

Matc.az "Sabah" nəşrinə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu üçün İstanbul təmsilçisinə ilk rəsmi təklif "Marsel"dən gəlib.

Fransızlar Yusuf üçün "Fənərbaxça"ya 20 milyon avroluq təklif göndərib. Türkiyə klubu gənc oyunçu üçün 30 milyon avro tələb edir.

Qeyd edək ki, Yusuf Akçiçek 2019-cu ildə "Qalatasaray" akademiyasından ayrıldıqdan sonra "Fənərbaxça"ya qoşulub. Türkiyə millisinə də dəvət almış futbolçu bu mövsüm Super Liqa təmsilçisinin heyətində keçirdiyi 19 oyunda 2 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest